Futbol veteranımız dünyasını dəyişdi

Sayta qoyulub: 12:13 07.01.2014 (59 dəfə oxunub)

“Neftçi”nin sabiq üzvü, bir ara “Bakılı” klubunda baş məşqçi kimi fəaliyyət göstərmiş Bəxtiyar Qulamov dünyasını dəyişib. Son vaxtlar işsiz qalan mərhum bu gün dünyadan köçüb.

Mərhuma Allahdan rəhmət, yaxınlarına səbir diləyirik.

 

1949-cu ildə anadan olmuş Bəxtiyar Qulamov 1972-1978-ci illər ərzində “Neftçi”nin formasını geyinib. Komandanın ən yaxşı müdafiəçilərindən hesab olunan Bəxtiyar Qulamov “ağ-qaralar”ın heyətində SSRİ çempionatında 181, ölkə kubokunda isə 14 oyun keçirib. SSRİ idman ustası adına layiq görülmüş futbolçu, karyerasını başa vurandan sonra da sevimli peşəsindən ayrılmayıb. Daim öz fəaliyyəti ilə Azərbaycan futboluna xidmət etmiş mütəxəssis eyni zamanda məşqçi kimi də çalışıb.

XƏBƏR LENTİ