"Bakı" "Styaua" ilə yoxlama oyunu keçirəcək

Sayta qoyulub: 12:16 07.01.2014 (24 dəfə oxunub)

Qış təlim-məşq toplanışını İspaniyada keçəcək "Bakı" klubunun bu ölkədə yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq rəqiblərindən biri müəyyənləşib. Milinko Pantiçin komandası Rumıniyanın "Styaua" klubu ilə qarşılaşacaq. Bu görüş yanvarın 20-nə nəzərdə tutulub. "Marbelya" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, Rumıniya çempionatında 17 turdan sonra 39 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan "Styaua" klubu ötən qışda Antalyada Azərbaycanın digər təmsilçisi "Qəbələ" ilə yoxlama oyunu keçirmiş və rəqibinə 0:1 hesabı ilə uduzmuşdu. 

XƏBƏR LENTİ