Güvənç Kurtar: "Türkiyədən oyunçu gətirə bilərik"

Sayta qoyulub: 14:30 07.01.2014 (27 dəfə oxunub)

Rəvan"ın yeni baş məşqçisi Güvenç Kurtar ilk açıqlamasını verib. Komanda ilə bu gün  ilk hazırlıqlara başlayan təcrübəli mütəxəssis məşqdən sonra Türkiyə mətbuatına danışıb. Bildirib ki, Azərbaycan futbolu üçün faydalı olmağa çalışacaq: "Önəmli olan Azərbaycanda yaxşı futbolçular üzə çıxarmaqdır. Burada gənc oyunçular kəşf etmək və hazırkı futbolçuları daha yaxşı formaya gətirmək niyyətindəyəm. Komandada aşağı yaş qruplarına xüsusi önəm verəcəyik. Milli komandaya da kömək etməyə çalışacam. Artıq hər şeyi planlaşdırmışam".

Azərbaycanda özünü buranın vətəndaşı kimi hiss etdiyini deyən G.Kurtar transfer planları haqda da danışıb: "Türkiyədən futbolçu transfer edə bilərik. Ancaq Türkiyədə futbolçulara daha çox maaş verildiyi üçün onlar Azərbaycanı gəlmək istəmir. Buna görə də önəmli olan Azərbaycanda futbolçular üzə çıxarmaqdır".

Türkiyəli çalışdırıcı "Rəvan" ölkə çempionatında hazırkı durumundan da bəhs edib: "Bu mövsüm komanda yaxşı oyun nümayiş etdirməyib. Amma mən komandada əhval-ruhiyyəni yüksəltməyə və yenidən qələbə qazanmaq üçün çalışacam".

XƏBƏR LENTİ