AZAL-ın futbolçusu "Neftçala"ya keçdi

Sayta qoyulub: 14:32 07.01.2014 (45 dəfə oxunub)

AZAL klubu daha bir futbolçu ilə yollarını ayırıb. Buna qədər Ruslan Tağızadə və Fredi Borqla əməkdaşlığa son qoyan AZAL gənc futbolçu Natiq Kərimi ilə də vidalaşıb.

Bunu Natiqin özü də təsdiqləyib. Oyun praktikasından əziyyət çəkən Natiq daha çox oynaya biləcəyi bir komandaya keçmək üçün AZAL-dan gedib. Onun növbəti klubu “Neftçala” olacaq.

 

Natiq əlavə edib ki, yaxın günlərdə klubdan transfer vərəqini götürəcək.

XƏBƏR LENTİ