Nainqqolan və Paredes rəsmən "Roma"da

Sayta qoyulub: 19:33 07.01.2014 (40 dəfə oxunub)

"Roma" bu gün iki futbolçunun keçidini həll edib. Bunlarda biri "Kalyari"nin yarımmüdafiəçisi Raca Nainqqolandır. Belçikalı futbolçu 3 milyon avro müqabilində icarə əsasında paytaxt klubuna keçib. Mövsümün sonunda "Roma" 6,5 milyon avro da ödəsə, xavbekin transfer hüququna tam olaraq yiyələnəcək.

Rudi Qarsiyanın komandasına keçən digər futbolçu isə Leandro Paredesdir. Gənc argentinalı yarımmüdafiəçi 18 aylığa icarəyə götürülüb. Bu müddət ərzində Roma klubu istədiyi vaxt futbolçunu 4,5 milyon avroya ala bilər. 

Nainqqolan və Paredes rəsmən "Roma"da

Nainqqolan və Paredes rəsmən "Roma"da

Nainqqolan və Paredes rəsmən "Roma"da

 

XƏBƏR LENTİ