Manuel Noyer 2013-cü ilin ən yaxşı qapıçısı seçildi.

Sayta qoyulub: 19:38 07.01.2014 (78 dəfə oxunub)

Futbol Tarixi və Statistikaları ( IFFHS) Beynəlxalq Federasiyası 2013-cü il üçün  ən yaxşı qapıçı olaraq alman  Manuel Noyeri seçib.


O , İtaliya millisinin  və " Juventus "un qapıçısı   Gianluigi Buffon (78 xal) və Çexiyalı Petr Cechi (64 xal) 211 xal toplamaqla qabaqlayıb.


Sonrakı yerlərdə Thibaut Courtois (Belçika , "Atletiko" - 54 xal ) , Viktor Valdes (İspaniya, "Barselona" - 53) , Iker Casillas (İspaniya, "Real" - 23 ) və  Salvatore Sirigu (İtaliya , " PSG " - 5 ) qərarlaşıblar.


Qeyd edək ki,  2008-2012-ci illərdə  IFFHS-in versiyasına görə ən yaxşı adına İker Kasilyas layiq görülmüşdü.


IFFHS ən yaxşıları müxtəlif ölkələrdən olan 70 redaktor və ekspert səsləri ilə seçir.

 

Manuel Noyer 2013-cü ilin ən yaxşı qapıçısı seçildi.

XƏBƏR LENTİ