Karateçilərimiz Parisdə iki medal qazandı

Sayta qoyulub: 18:02 12.01.2014 (185 dəfə oxunub)

İki karateçimiz Parisin açıq çempionatının startında uğurla fərqlənib. Ayxan Mamayev (84 kq) və Asim Qurbanov (+84 kq) iki bürünc medal qazanıb.Nuranə Əliyeva (50 kq) mükafatın bir addımlığında mübarizəni dayandırıb. Digər səkkiz karateçimiz bir qədər uğursuz çıxış edib.Qeyd edək ki, WKF premyer-liqasının ilk yarışında 58 ölkədən 770 karateçi mübarizə aparır. Ölkəmizi yarışda Yusif Məmmədov və Cahangir Babayevdən ibarət hakimlər briqadası təmsil edir.

XƏBƏR LENTİ