Ottüstü xokkeyçilərimiz lisenziya turnirinin finalında

Sayta qoyulub: 14:12 03.05.2012 (350 dəfə oxunub)

London Yay Olimpiya Oyunlarının təsnifat yarışında
Yaponiyanın Kakamigahara şəhərində keçirilən qadın otüstü hokkeyçilər arasında dünya olimpiya təsnifat turnirində qrup mərhələsinin oyunları başa çatıb. İdman.com.az saytının məlumatına görə, yarışın V turunda Azərbaycan millisi çilili həmkarları ilə qarşılaşıb.

Bu matçda Adil Paşayevin komandası finala çıxmaq üçün heç-heçə kifayət idi ki, onlar da bunu bacarıblar. Belə ki, komandamız cənubi amerikalılarla oyunun fasiləsinə 1 top öndə yollanıblar. Bundan sonra hokkeyçilərimiz fərqi 2-yə çatdırsalar da, çilililər hesabı bərabərləşdirməyə müvəffəq olub – 2:2. Nəticədə yığmamız həlledici görüşə vəsiqə qazanıb.

London-2012-yə vəsiqə üçün son matçda isə komandamızın rəqibi ev sahibləri olacaq. Onlar finala qrupda birinci olmaqla, vəsiqə qazanıblar. Qeyd edək ki, yığmamız ikinci dəfə olimpiadaya lisenziya uğrunda yarışacaqlar. Pekin-2008 ərəfəsində Bakıda keçirilmiş həmin yarışda qadın otüstü hokkeyçilərimiz, hakimlərin qərəzi sayəsində finalda İspaniya millisinə uduzmuşdular – 2:3.

V tur

Avstriya – Malayziya – 3:2
Yaponiya – Belarus – 4:0
Çili - Azərbaycan - 2:2

O Q H M T X

1.Yaponiya 5 4 1 0 23-1 13
2.Azərbaycan 5 3 1 1 15-6 10
3.Çili 5 2 2 1 8-6 8
4.Belarus 5 2 1 2 10-10 7
5.Avstriya 5 1 0 4 3-22 3
6.Malayziya 5 0 1 4 5-19 1

XƏBƏR LENTİ