Qəri Anderson : "Bilirdim ki, komandalar müəyyən problemlərlə üzləşəcəklər"

Sayta qoyulub: 22:05 28.01.2014 (173 dəfə oxunub)

Autosport-un texniki eksperti Qəri Anderson yazır:

"Mən bilirdim ki, komandalar müəyyən problemlərlə üzləşəcəklər, amma problemlərin bu qədər çox olması məni təəccübləndirib. Biz hələ trasda Red Bull, McLaren, Williams, Caterham və Marussia maşınlarını görməmişik, Ferrari isə cəmi bir dövrə vura bilib. Motor qapağının altında hər dəqiqə yeni problemlər üzə çıxır. Mexaniklər qapağı bağlayıb motoru işə salırlar, sonra qapağı qaldırdıqda yeni çətinliklər müəyyən olunur. Hər halda mən gözləyirdim ki, nahara qədər bütün maşınlar heç olmasa bir sürətli dövrə vuracaqlar. Gərginlik artır."

XƏBƏR LENTİ