Williams yeni FW36-nın rəsmlərini yayıb

Sayta qoyulub: 17:40 31.01.2014 (189 dəfə oxunub)

Williams yeni FW36-nın rəsmlərini yayıb
Williams komandası 2014-cü il üçün hazırladığı yeni FW36-nın kompüter qrafikası ilə hazırlanmış rəsmlərini yayıb. Komanda əmin edir ki, yeni maşın indiyə qədər Qrouvda hazırlanmış ən mükəmməl maşındır...

Pət Simonds, texniki departamentin başçısı: "Bu il maşınlarda daha çox müasir texnologiyalar tətbiq olunub. Formula1-də əvvəllər də turbomotorlardan istifadə olunub, amma fərq ondadır ki, bu il biz sadəcə yeni motordan istifadə etməyəcəyik - bu, tamamilə yeni sistemə keçiddir. Biz bəzi hibrid texnologiyaların tətbiq olunduğu atmosfer motorlarından tam hibrid texnologiyalı yeni motorlara keçirik. 

Biz Mercedes-lə əməkdaşlığa yeni başlayırıq və bu şirkətin əməkdaşlarının işə sadiqliyi, peşəkarlığı məni qane edir. Biz əminik ki, yeni motorlar rəqabətədavamlı olacaq.

 

Williams yeni FW36-nın rəsmlərini yayıb

Williams yeni FW36-nın rəsmlərini yayıb

Williams yeni FW36-nın rəsmlərini yayıb

XƏBƏR LENTİ