Taekvondoçularımız Misirə yollanır

Sayta qoyulub: 08:48 11.02.2014 (135 dəfə oxunub)

Taekvondo üzrə böyüklərdən ibarət milli komandamız Misir Ərəb Respublikasının Luksor şəhərinə yollanır. 15-17 fevral tarixində təşkil olunan “Luxor Open”-nə qatılacaq millimiz turnirdə 14 kişi və 7 qadın taekvondoçu ilə təmsil olunacaq.

Belə ki, milli komandanın baş məşqçisi, əməkdar məşqçi Ələkbər İmaməliyev və böyük məşqçi Elnur Amanov, eləcə də qadınlardan ibarət seçmə komandanın baş məşqçisi, əməkdar məşqçi Gündüz Abdullayev aşağıda adları göstərilən taekvondoçuları turnirə cəlb edib:

1. Mikayıl Əliyev (-54 kg)

2. Samir Aydınov (-54 kg)

3. Samir Cavadlı (-58 kg)

4. Maqomedyasin İbrahimov (-58 kg)

5. Ayxan Tağızadə (-63 kg)

6. Fariz Əliyev (-68 kg)

7. Namaz Heydərov (-68 kg)

8. Elvin Məmmədov (-68 kg)

9. İlkin Şahbazov (-74 kg)

10. Daşqın Hacıyev (-74 kg)

11. Ramin Əzizov (-80 kg)

12. Radik İsayev (-87 kg)

13. Bayraməli Vəliyev (-87 kg)

14. Ceyhun Həsənli (+87 kg)

15. Patimat Abakarova (-49 kg)

16. Aygül Abdullayeva (-49 kg)

17. Səbinə Mikayılova (-53 kg)

18. Günay Ağakişiyeva (-57 kg)

19. Daria Qorbaçeva (-62 kg)

20. Fəridə Əzizova (67 kg)

21. Marina Tedeeva (-73 kg)

Qeyd edək ki, “Luxor Open”-nə fevralın 12-də yola düşən taekvondoçularımız 19 fevralda vətənə dönəcəklər.

XƏBƏR LENTİ