FİA kvalifikasiyada 1-ci seqmentin vaxtını azaltmaq istəyir.

Sayta qoyulub: 13:17 12.02.2014 (154 dəfə oxunub)

Ötən həftə FİA-nın kvalifikasiyanın 1-ci seqmentinin vaxtını azaltmaq fikri məlum oldu.Federasiya həmin sessiya zamanı baxımlılığın aşağı olmasından narahatdır.Qeyd edək ki, dəyişikliklər bütün komandaların razılığından sonra qüvvəyə minə bilər.

 

Autosprintin fikrincə hazırda federasiya ən yaxşı 10 pilotun 2-ci seqmentdə göstərdikləri ən yaxşı dövrədəki təkərlərlə 3-cü sessiyada iştirakının tərəfdarıdır.Bununla bərabər 3-cü sessiya 10 dəqiqə yox, 12 olacaq. 1-ci sessiyanın vaxtı isə 18 dəqiqəyə endiriləcək.

 

Bəzi variantlara görə 3-cü sessiyada iştirak edən bolidlər əlavə yeni təkər dəstindən də istifadə edə bilərlər.

XƏBƏR LENTİ