Bakıda K-1 üzrə beynəlxalq yarış keçiriləcək

Sayta qoyulub: 13:39 19.02.2014 (204 dəfə oxunub)

Fevralın 23-də Bakıda “Sərhədçi” Olimpiya Mərkəzində K-1 döyüşü üzrə Dünya Qran-Prisinin final mərhələsi keçiriləcək. "Best of the Best"in təşkil etdiyi mötəbər yarışda bir sıra məşhur idmançıların iştirak edəcəyi gözlənilir.

Turnirin reqlamentinə əsasən əsas görüşlərdən əvvəl reytinq döyüşləri baş tutacaq:

63 kq, Amil Şahmarzadə (AZE) - Zakaria Zouharry (MAR);

83 kq, Ruslan Kobzev (RUS) - Dennis İppema (NED);

72 kq, Babək Rustəmov (AZE) - Miodrag Olar (ROU);

71 kq, Alim Nəbiyev (UKR) - Çad Sugden (GBR);

70 kq, Ziya Bayramov (AZE) - Omar Al Amrani (MAR);

70 kq, İsmət Ağazadə (AZE) - Cedric Manhoef (SUR);

85 kq, Samet Kesser (TUR) - Lazar Daniel (ROU);

72,5 kq, Tural Bayramov (AZE) - Marco Groh (GER);

95 kq Moises Bautu (İSP) - Fabian Gondorf (NED);

100kq+, Ağalar Sadıxzadə (AZE) - Corc Kolin (SUR).

Gecənin əsas döyüşlərində məşhur Buakav Bançamek iştirak edəcək. Tailand idmançısının rəqibi Sung Hyung Le (Koreya) olacaq. Digər yarımfinal görüşündə Kanadalı Shane Campbell Almaniya idmançısı Enriko Kehlə qarşı yarışacaq. Turnirin fəxri qonaqları K-1-in ulduz simaları Bədr Xari, Remi Bonjaski, Gokhan Saki və Melvin Manhuf olacaq.

Turnir 80 televiziya kanalı vasitəsilə 155 ölkədə yayımlanacaq.

Şənbə günü fevralın 22-də isə 11:45-də Sərhədçi Olimpiya İdman Mərkəzində K-1 Dünya Qran-Prisinə həsr olunan mətbuat konfransı keçiriləcək. Tədbirdə K-1-in Azərbaycandakı rəsmi nümayəndəsi Elnur Məmmədov, K-1 brendinin sahibi Mayk Kim, K-1-in məşhur döyüşçüsü, “Qızıl oğlan” ləqəbli Badr Hari, K-1 Dünya Qran-Prisinin ikiqat qalibi, tailand boksu üzrə dünya çempionu, K-1-in parlaq ulduzu Buakav Bançamek və Melvin Manfuh iştirak edəcək.

XƏBƏR LENTİ