Otüstü hokkeyçilərimiz olimpiadaya vəsiqə qazana bilmədi

Sayta qoyulub: 12:59 05.05.2012 (338 dəfə oxunub)

Qadın otüstü hokkeyçilər arasında London Yay Olimpiya Oyunlarının təsnifat oyunu keçirilib. Milli komandamız finalda Kakamigahara şəhərində Yaponiya yığması ilə qarşılaşıb. Qrup mərhələsində millimizi 4:1 hesabı ilə darmadağın edən yaponlar bu dəfə də yığmamızdan üstün olub. Komandamızı 5:1 hesabı ilə məğlub edən Yaponiya yığması London Olimpiadasına vəsiqə qazanıb.

XƏBƏR LENTİ