Gəc cüdoçuların Azərbaycan birinciliyi başa çatıb

Sayta qoyulub: 18:29 21.02.2014 (175 dəfə oxunub)

“Sərhədçi” Olimpiya İdman Mərkəzində 21 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi keçirilib.Yarışda 324 idmançı birincilik uğrunda mübarizə aparıb.


Qızların mübarizəsində Çinarə Quliyeva (44 kq), Leyla Əliyeva (48 kq), Afət Mustafayeva (52 kq), Nəzakət Xəlilova (57 kq), Validə Mirzəzadə (63 kq), Nərminə Əlizadə (70 kq), Günel Həsənli (78 kq) və Səbinə Bağırova (78 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Oğlanların yarışında isə Sadıx Məhərrəmov (55 kq), Telman Vəliyev (60 kq), İsgəndər Talışınski (66 kq), Fəqan Quluzadə (73 kq), Rüfət İsmayılov (81 kq), Firudin Dadaşov (90 kq), Cəlil Şükürov (100 kq) və İsa Hüseynov (100 kq-dan yuxarı) qızıl medal qazanıb.

 

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ