Naxçıvan Open-2012 şahmat festivalında VII turun oryunları yekunlaşıb

Sayta qoyulub: 17:35 05.05.2012 (252 dəfə oxunub)

“Naxçıvan Open –2012” Beynəlxalq Şahmat Festivalının VII turu maraqlı oyunlarla yadda qalıb.

Gün. Az-ın Naxçıvan müxbirinin verdiyi məlumata görə, bu turda Azərbaycan şahmatçılarından Rauf Məmmədov Aleksandr Xalifmanla, Azər Mirzəyev Qədir Hüseynovla xalları bölüşüblər. Moldova şahmatçısı Viorel Lordachescu isə Beloruslu şahmatçı Sergey Zhiqalko ilə bu turda heç-heçə oynayıb.

Ancaq bu bərabərlik onun yarışdakı mövqeyinə təsir edə bilməyib. O, “A” qrupunda 5, 5 xalla lderliyini davam etdirir. Rusiyalı Boris Qraçev 5 xalla ikinci, Sergey Zhiqalko isə eyni xalla üçüncüdür.

Bu qrupda mübarizə aparan Talıb Babayevin son turdakı nəticəsi şahmatsevərləri sevindirib. Belə ki, o, dünənki oyunda Belarus şahmatçısı, beynəlxalq qrossmeyster Alekserj Aleksandrovu məğlub edib.

“B” qrupunda Azərbaycan şahmatçısı Ülvi Sadiqov 6 xalla birincidir. Azər Abdullayev və Zaur Bayramov isə 5 xalla ikinci üçüncü yerləri bölüşürlər. Yarışın “C” qrupunda mübarizə aparan kiçik yaşlı şahmatçımız Kamil Rzayev Kənan Rəhimovu məğlub edərək bu turdan qalib ayrılıb.

XƏBƏR LENTİ