"Baku Feris"in heyəti açıqlandı

Sayta qoyulub: 20:01 25.02.2014 (134 dəfə oxunub)

Fevralın 28-də Ümumdünya Boks Seriyasının (WSB)10-cu turun matçında Azərbaycanın “Baku Fires” klubu səfərdə Kubanın “Cuba Domaderos” komandası ilə qarşılaşacaq. Kubalılar 8 görüşdən sonra 100 faizlik nəticə ilə B qrupunun vahid lideridir.

“Baku Fires” isə 8 görüşdən 17 xal toplayaraq, B qrupunda 3-cü yeri tutur.

Komandaların heyətləri:
Cuba Domaderos - Baku Fires

52 kq. Xerardo Servantes - Məhəmməd Abdulhəmidov;
60 kq. Lazaro Alvarez - Xurşid Tocibayev;
69 kq. Roniel Sotolonqo - Yevgeni Romaşkeviç;
81 kq. Xulio Sezar la Kruz - Teymur Məmmədov;
+91 kq. Yoandi Toirak - Arslanbek Mahmudov.

Qrupun aşkar favoriti olan Kuba komandasının ən tanınmış boksçusu Sotolonqodur. Yevgeni Romaşkeviçin rəqibi olacaq boksçu 2008-ci ildə Pekin Olimpiadasının bürünc medalını qazandıqdan 4 il sonra Londonda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sotolonqo 2009-cu ildə Milanda keçirilmiş dünya çempionatının da qalibi olub.

60 kq çəki dərəcəsində döyüşəcək Lazaro Alvarez də Kubanın ən güclü boksçularındandır. O, 2011-ci ildə Bakıda, ötən il isə Almatıda dünya çempionu olub. Alvarez 56 kq çəki dərəcəsində London Olimpiadasında 3-cü yerə layiq görülüb. Özbəkistanlı Tocibayevin ona ciddi müqavimət göstərməsi çətin olacaq.

Kubada rinqə çıxanlar arasında Avropa çempionumuz, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov da olacaq. Onun rəqibi 2011-ci ildə Bakıda dünya çempionatının qızıl medalına layiq görülmüş Xulio Sezar la Kruzdur. Həmin yarışda Məmmədov 91 kq çəki dərəcəsində 2-ci yeri tutmuşdu. Teymur WSB liqasında bir döyüş keçirərək, qalib gəlib.

Turnir cədvəli:
1. Cuba Domaderos - 24 xal (8 görüş);
2. Astana Arlans - 19 (9);
3. Baku Fires - 17 (9);
4. Rusiya - 14 (8);
5. Mexico Guerreros - 7 (9);
6. Hussars Poland - 4 (9);

A qrupunda hazırda İtaliyanın “Dolce Gabbana” komandası 20 xalla vahid liderdir. Ukraynalılar 19 xalla 2-ci yeri tuturlar. Almaniya 11 xalla 3-cü, ABŞ komandası isə 10 xalla 4-cü pillədədir.

Bu həftə “B” qrupunda daha iki qarşılaşma baş tutacaq: Mexico Guerreros doğma divarlar arasında Rusiya komandasını qəbul edəcək. “Poland Hussars” isə səfərdə “Astana Arlans”ın qonağı olacaq.

XƏBƏR LENTİ