Red Bull Bəhreyn testlərinin cədvəlini açıqladı.

Sayta qoyulub: 13:51 26.02.2014 (129 dəfə oxunub)

Red Bull komandası sonuncu qış testlərində cədvəli müəyyənləşdirib.Fevralın 27-də Bəhreyndə başlanacaq testlərdə ilk 2 gün Daniel Rikardo çalışacaq. Son 2 gündə isə RB10 bolidinin arxasında 4 qat dünya çempionu Sebastyan Fettel əyləşəcək.


Xatırladaq ki, bundan əvvəl keçirilən 2 qış testlərində Red Bull müntəzəm olaraq Reno mühərriklərindəki  və maşının havalandırma sistemində problemlərlə üzləşmişdi.

XƏBƏR LENTİ