Azərbaycan Karate federasiyasının yeni zalları istifadəyə verildi

Sayta qoyulub: 13:49 28.02.2014 (121 dəfə oxunub)

Azərbaycan Karate federasiyasının yeni zalları istifadəyə verildi

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş sponsoru Azərbaycan Beynəlxalq Bankı (ABB) iki böyük idman zalını karateçilərin ixtiyarına verdi. “Şəfa” İdman Sağlamlıq Mərkəzində yeni tikilən bu zallarda milli komandalarımızın təlim-məşqləri üçün hər bir şərait yaradılıb. Zallar fiziki və taktiki hazırlıqlar üçün avadanlıqlarla təchiz edilib.   AMKF-in l vitse-prezidenti İlham Qasımzadə idmançıların mərkəzin ərazisində olan stadiondan, üzgüçülük hovuzu və trenajor zalından da təmənnasız istifadə edə biləcəklərini bildirib. Artıq böyüklərdən ibarət milli komandamız yeni zalda məşqlərə başlayıb. Digər zalda isə yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız hazırlıqlar keçəcək. Məşqçilər və hakimlər üçün də xüsusi otaqlar ayrılıb.
Federasiyanın baş sponsoru ABB, “Şəfa” İdman Sağlamlıq Mərkəzində Milli Karate Federasiyasının yeni ofisini də yaxın zamanlarda istifadəyə verəcək.       

XƏBƏR LENTİ