Bəhreyn trasının ilk döngəsinə Şumaxerin adı verildi

Sayta qoyulub: 11:31 02.03.2014 (107 dəfə oxunub)

Bəhreyn avtodromunun rəhbərliyi trasın ilk döngəsinə Mixael Şumaxerin adını verməyi qərara alıb.Xatırladaq ki, alman hazırda koma vəziyyətindədir.Bəhreyn avtodromunun nümayəndəsi Zaid Əl Zəyaninin sözlərinə görə Mixael 2004-cü ildə ilk dəfə burada çıxış etdiyi andan yerli əhalinin böyük rəğbətini qazanıb. Onlar üçün trasın bir hissəsinə Şumaxerin adını vermək böyük qürurdur.Həmçinin avtodromun rəhbərliyi 7 qat dünya çempionuna tezliklə sağalmağı diləyib.

XƏBƏR LENTİ