Fettel :"Son testləri uğurlu saymaq olar"

Sayta qoyulub: 19:20 03.03.2014 (91 dəfə oxunub)

Red Bull pilotu Sebastyan Fettel son testlərdən məmnunluğunu ifadə edib:"Biz çoxlu dövrə vurduq.Müəyyən distansiyanı qət etməyi planlaşdırmışdıq.Lakin bəzi səbəblərə görə bun həyata keçirmək mümkün olmadı.Ancaq 2 həftədən sonra vəziyyət yaxşı olmalıdır.

Əlbəttə ki, bolidin sürətinin necə olmasını bilmək çətindir.Məsələ dövrələrin sayında yox, onları necə qət etməyimizdədir.

Bilirik ki, bir sıra komponentlərdə rəqiblərimizə çatmaq lazımdır.Ancaq istənilən halda son testləri uğurlu saymaq lazımdır"

 

Fettel :"Son testləri uğurlu saymaq olar"

XƏBƏR LENTİ