Azərbaycan velosipedçisi Malayziya veloyürüşündə mərhələ yürüşünün qalibi oldu

Sayta qoyulub: 18:51 06.03.2014 (99 dəfə oxunub)

Azərbaycan velosipedçisi Malayziya veloyürüşündə mərhələ yürüşünün qalibi oldu

Malayziyada Beynəlxalq Velosipedçilər Ittifaqının (UCİ) 2.HC kateqoriyalı çoxgünlük “Langkawi” turu sona yaxınlaşır. Bu gün keçirilən 8-ci mərhələdə iştirakçılar 202 km məsafə qət ediblər.

Yürüşdə iştirak edən “Synergy Baku” komandasının üzvlərindən 4-ü - almaniyalı Daniel Klemme, irlandiyalı Metyu Bremmier, Azərbaycanın U-23 komandasının üzvü Tural İsgəndərov və avstraliyalı Patrik Leyn liderlə eyni göstəriciyə imza atıblar: 5 saat, 1 dəqiqə, 58 saniyə. Fotofinişə əsasən velosipedçilərimizdən mərhələni ən öndə tamamlayan Daniel Klemme olub – o, 7-ci yeri tutub.

Komandamızın digər üzvü, Azərbaycanın Elit millisinin də şərəfini qoruyan Elçin Əsədov mərhələarası təşkil olunan sprint mübarizəsində bütün rəqiblərindən yaxşı çıxış edib.

Metyu Bremmier isə 8 mərhələdən sonra ən yaxşı dağ velosipedçisi kimi “qırmızı mayka”nı özündə saxlayır. Sabah keçiriləcək 9-cu mərhələdə iştirakçılar 111 km məsafəni qət etməlidirlər.

Qeyd edək ki, yarışda 6 Dünya Turu, 5 Pro Kontinental, 7 Kontinental və 3 milli komanda mübarizə aparır. 10 gün davam edəcək yürüşə martın 8-də yekun vurulacaq.

XƏBƏR LENTİ