Bakıda 156 min dollarlıq yarış

Sayta qoyulub: 09:05 07.05.2012 (405 dəfə oxunub)

 

Bakıda 156 min dollarlıq yarış

<o:p> </o:p>

Mayın 8-dən 10-na qədər Bakıda Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən atçılığın konkur növü üzrə CSİ - 3* kateqorityalı beynəlxalq turnir keçiriləcək. Ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dünya kubokunun təsnifat mərhələsinin mükafat fondu 156 000 dollardır. Yarışda Azərbaycan idmançılarıyla yanaşı Gürcüstan, İran, Polşa və Türkiyə çaparı da iştrak edəcək. Dünya kubokunun təsnifat mərhələsini Türkiyə və İrandan olan hakimlər briqadası nəzarət edəcək. Turnir hər gün saat 12-00 dan Binə Atçılıq mərkəzində start götürəcək. Bütün keçirilən beynəlxalq yarışlarda olduğu kimi bu dəfə də qanuni mərc oyunları təşkil olunacaqdır. Yarış ərəfəsində Totalizator oyunları həvəskarları üçün  Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən lotereya da keçiriləcək. Belə ki, yarışın ilk iki günü, 2 noutbuk oynanılacaq. Mayın 10-u keçiriləcək finla mərhələsində isə azarkeşlər peşəkar Motosiklet qazanmaq imkanı əldə edəcəklər.

Bakıda 156 min dollarlıq yarış

 

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ