Naxçıvan turnirini moldovalı şahmatçı qazandı

Sayta qoyulub: 12:30 07.05.2012 (311 dəfə oxunub)

«Naxçıvan Open-2012» şahmat festivalı mayın 6-da başa çatdı. İdman.com.az saytı xəbər verir ki, ən güclülərin «A» turnirində yekunda 3 şahmatçı 6,5 xal topladı. Onların sırasında Azərbaycan şahmatçısı Eltac Səfərli də var idi. Lakin əlavə göstəricilərə görə, Eltac qalib adını qazanan moldovalı Viorel İordaçesku və gümüş mükafata yiyələnən belaruslu Sergey Jiqalkodan sonrakı yeri tutaraq üçüncü olub.

Qədir Hüseynov 6 xalla 4-cü yeri tutub. 5,5 xal toplayan şahmatçılar arasında 12-ci yeri tutan Misrəddin İsgəndərov diqqəti çəkib. Özündən reytinqdə 200-300 xal yüksək əmsala malik qrossmeysterlərin arasında yer alan şahmatçımız beynəlxalq usta normasını ödəyib.

«B» turnirində İlk iki pilləni Azərbaycan şahmatçıları tutublar. Ülvi Sadıqov 8,5 xalla 1-ci, Azər Abdullayev 7,5 xalla 2-ci yerləri tutublar. 3-cü mövqeyə 7 xalla iranlı Aryan Qulami çıxıb.
«C» turnirində Ceyhun Hüseynzadə 8 xalla qalib olub, Kamil Rzayev 7,5, Vüqar Manafov isə 7 xalla sonrakı mükafatları əldə ediblər.

XƏBƏR LENTİ