Gənc taekvondoçularımızdan uğurlu nəticə

Sayta qoyulub: 16:05 21.03.2014 (104 dəfə oxunub)

Tayvanın Taypey şəhərində  gənc taekvondoçular arasında Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnir start götürüb. Turnirin ilk günü milli komandamız üçün uğurlu alınıb. İdmançılarımızdan Səid Quliyev (73 kq) yalnız finalda uduzduğundan gümüş medal qazanıb. Safiye Polat (49 kq) isə bürünc medalla kifayətlənib. Hər iki taekvondçu Çinin Nanjinq şəhərində keçiriləcək gənclərin Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

XƏBƏR LENTİ