Cüdoçularımız Tiflisdə 3 medal qazandı

Sayta qoyulub: 10:09 22.03.2014 (109 dəfə oxunub)

Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə keçirilən Qran-pri turnirinin ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb. Tatamiyə çıxan 5 cüdoçumuzdan 3-ü fəxri kürsüyə yüksəlib. Belə ki, Orxan Səfərov (60 kq) və Nicat Şixəlizadə (66 kq) çıxışlarını qızıl medalla bitiriblər. Onlardan fərqli, Kifayət Qasımova (57 kq) bürünc medalla kifayətlənib. Qran-pridə bu gün və sabah daha 9 idmançımız gücünü yoxlayacaq.

Qeyd edək ki, bu, Hacıağa Hacıəhmədovun millidə baş məşqçi kimi debüt yarışıdır. 

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ