Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Boksçumuz beynəlxalq turnirin qalibi oldu

Sayta qoyulub: 12:53 07.05.2012 (503 dəfə oxunub)

 

Dağıstanın Kaspiysk şəhərində Məhəmməd-salam Umaxanovun xatirəsinə həsr olunmuş boks üzrə ənənəvi beynəlxalq turnirə yekun vurulub. Yarışda Rusiya, Polşa, Braziliya, Latviya, Ukrayna, Tükmənistan, Ermənistan və Dağıstan komandaları da iştirak ediblər. Azərbaycanın idman şərəfini müxtəlif cəmiyyətləri təmsil edən 7 boksçu qoruyub. Həmyerlilərimizdən 52 kq çəki dərəcəsində mübarizə aparan Əbdürrəhim Şirinov turnirin qalibi olub. Boksçumuz yarımfinalda Rusiya nümayəndəsi Məhəmməd Rabadanovu 17:9 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə ukraynalı Stepan Stefanişinlə üz-üzə gələn boksçumuz 10:6 hesabı ilə qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.  Digər idmançılarımızdan İsmət Eynullayev (69 kq) ilk qarşılaşmada rusiyalı Murad Atlangeriyevi üstələsə də, növbəti mərhələdə Rusiya milli komandasının aparıcı üzvlərindən İslam Edisultanova 1 xal fərqlə uduzub – 8:9.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat