Azərbaycan çempionatında oğul birinci, ata üçüncü yeri tutdu

Sayta qoyulub: 12:57 07.05.2012 (324 dəfə oxunub)

Lökbatan qəsəbəsində yerləşən ölkədəki yeganə motodromda Azərbaycan birinciliyi keçirilib. Rekord.az xəbər verir ki, 8 yeniyetmənin qatıldığı yarışda Nail Mustafayev finişə birinci gəlib.  2-ci yeri Valeri Çurin tutub. Ondan bir neçə saniyə geri qalan Asif  Bağırov isə 3-cü olub. Federasiya fürsətdən istifadə edərək böyüklər arasında da yoxlanış xarakterli yarış keçirib. Kişilərin qeyri-rəsmi çempionatında əksər yarışlarda birinci olan Vaqif Əhmədov  ənənəsinə sadiq qalıb. İkinci pilləni Oleq Quliyev tutub. Yeniyetmələrin yarışında 1-ci olan Nail Mustafayevin atası Namiq Mustafayev isə “üçlüy”ü qapayıb.

XƏBƏR LENTİ