Üç cüdoçumuz mübarizəni dayandırdı

Sayta qoyulub: 11:53 28.03.2014 (91 dəfə oxunub)

Bu gün Türkiyənin Samsun şəhərində cüdo üzrə Qran-pri turniri start götürəcək. ilk yarış günündə Azərbaycan millisinin 6 idmançısı tatami üzərinə çıxacaq.

60 kq

Bu çəkidə mübarizəyə öncə İlqar Müşkiyev başlayacaq. Dünya çempionatının bürünc mükafatçısı 1/16 finalda livanlı Damyen Zyade ilə qarşılaşacaq.

Vüqar Şirinli də yarışa 1/16 finaldan başlayacaq. O, mərhələ adlamaq üçün təcrübəli Beslan Mudranovla (Rusiya) gücünü yoxlayacaq.

66 kq

Hacıağa Hacıəhmədovun yetirmələrindən Əli Rzayev ilk görüşünü Qabor Haqyoya (Macarıstan) qarşı keçirib. Onun 1/8 finala yüksəlmək cəhdi uğursuz alınıb. Həmyerlimiz 14 saniyədə ipponla uduzub.

Bu çəkidə digər təmsilçimiz Tərlan Kərimovun da birinci görüşü 1/16 finala təsadüf edib. Avropa çempionatının gümüş medalçısı Tornike Tataraşvili (Gürcüstan) ilə gücünü yoxlayıb və Rzayev kimi tatamidən məğlub ayrılıb. Kərimov rəqibi qarşısında cəmi 135 saniyə tab gətirə bilib.

Nəticədə 66 kq çəki dərəcəsində hər 2 idmançımız yarışla vaxtından əvvəl vidalaşıb.

Qadınlar

57 kq

Ötən həftə Tiflisdə keçirilən Qran-pridə bürünc medal qazanan Kifayət Qasımova bu dəfə onun əyarını yaxşılaşdırmağa çalışsa da, bu istəyini reallaşdıra bilməyib. O, 1/16 finalda Emilie Amarona (İsveçrə) ipponla məğlub olub.

Digər cüdoçumuz Şahanə Hüseynova isə Alessiya Reqislə (İtaliya) görüşdən qalib ayrılıb. Xanım idmançımız 103 saniyəyə rəqibini ippona salıb.

Onun 1/8 finalda rəqibi Hedviq Karakas (Macarıstan) olacaq.

 Qeyd edək ki, Azərbaycan millisi 3 gün davam edəcək yarışa 14 idmançı ilə qatılıb.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ