Gənc cüdoçularımız dünya kubokunda 5 medal qazanıb

Sayta qoyulub: 07:51 07.04.2014 (169 dəfə oxunub)

Yunanıstanın Saloniki şəhərində keçirilən gənc cüdoçuların Avropa Kuboku başa çatıb. Yarışa 20 idmançı ilə yollanan Azərbaycan millisi 5 medal qazanıb.

Komandamızın heyətində Firudin Dadaşov (90 kq) çempionluq sevinci yaşayıb. Rüfət İsmayılovla (81 kq) Nəzakət Xəlilli ikinci yerlə kifayətləniblər. Sadiq Məhərrəmov (55 kq) və Davud Məmmədov (60 kq) isə yarışı bürünc medalla bitiriblər.

Qeyd edək ki, yığmamız komanda hesabında 32 ölkə arasında 4-cü olub.  

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ