Boks üzrə gənclər arasında dünya birinciliyi başlayır

Sayta qoyulub: 11:57 14.04.2014 (86 dəfə oxunub)

Boks üzrə gənclər arasında dünya birinciliyi başlayır

Bu gün Bolqarıstanın Sofiya şəhərində boks üzrə gənclər arasında dünya birinciliyinə start veriləcək. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycan idmançıları da mübarizə aparacaqlar.

Yeniyetmələrin II Olimpiya oyunlarına lisenziya verən turnirdə boksçularımızın rəqibləri məlum olub. Dünya birinciliyinin ilk günündə milli komandamızın üzvlərindən Məsud Yusifzadə (52 kq) rinqə çıxacaq. Ötən il gənclər arasında Avropa birinciliyinin gümüş mükafatını qazanmış həmyerlimiz yaponiyalı Kantaro Juri ilə üz-üzə gələcək.

Qeyd edək ki, turnirdə iki gənc qız boksçumuz da iştirak edəcək.  Oğlanların yarışında yeniyetmələrin Olimpiadasına hər ölkədən 3, qızlarda isə 2  yer ayrılıb. Yəni, hər hansı komanda 5 lisenziya qazansa belə, seçim edib 3 boksçusunu Olimpiadaya göndərməlidir.

Xatırladaq ki, yeniyetmələrin II Olimpiya oyunları avqustun 22-dən 27-dən Çin Xalq Respublikasının Nankin şəhərində keçiriləcək.

49 kq
Rüfət Hüseynov - Orlin Yordanov (Bolqarıstan) (19 aprel)

56 kq
Tayfur Əliyev - Araşi Morisaka (Yaponiya) (15 Aprel)
60 kq
Orxan Əliyev - Florian Sabo (Serbiya) (15 aprel)
64 kq
Cavid Quliyev - Uayn Kelli (İrlandiya) - Ayan Kalıbekov (Qazaxıstan) (18 aprel)
69 kq
Roman Zakirov - Bernard Barsoni (Macarıstan) (16 aprel)
75 kq
Şamil Əliyev - Ren Uemura (Yaponiya) (16 aprel)
81 kq
İbrahim Quliyev - Darius Asmontas (Litva) (19 aprel) 
91 kq
Şükran Mehdiyev - Jonas Soenstebi (Norveç - İBA) (17 aprel)
91+kq
Məhəmmədəli Tahirov - Dovidas Sernas (Litva) (17 aprel)
51 kq
Aliyə Vəlizadə - Amel Chebbi (Tunis) (16 aprel)
60 kq
Məryəm Cəbrayılova - Anjelina Bondarenko (Ukrayna) (16 aprel)

 

XƏBƏR LENTİ