Mayk Brayan 100-cü titulunu qazandı

Sayta qoyulub: 16:24 20.04.2014 (148 dəfə oxunub)

Amerikalı Mayk Brayan qardaşı Bob ilə birlikdə Monte Karlodakı Masters turnirinin qalibi olublar. Onlar finalda Marselo Melo və İvan Dodiq cütlüyünü (6:3, 3:6, 10:8)  üstələyiblər. Bu Maykın karyerasında 100-cü titul olub. Qardaşı Bobun isə titullarının sayı  98-ə bərabərdir.


Brayan qardaşları ardıcıl 5-ci turnirdə çempion olublar. Onlar son 21 oyunun hamısında qələbə qazanıblar.

 

Mayk Brayan 100-cü titulunu qazandı

XƏBƏR LENTİ