Güləş üzrə dünya kuboku başlayır

Sayta qoyulub: 14:22 09.05.2012 (272 dəfə oxunub)

12-13 may 2012-ci il tarixdə Bakıda sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku keçiriləcək. “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək yarışda Azərbaycanla yanaşı, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak edəcək.
Yarışın proqramına əsasən, mayın 11-də püşkatma mərasimi keçiriləcək. Püşkatmanın nəticəsinə əsasən, komandalar iki yarımqrupda mübarizə aparacaq. Yarımqrupun liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrudan görüşəcək.
Yarışın rəsmi açılış mərasimi mayın 12-də, saat 14.30-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutacaq. Final görüşü mayın 13-də saat 14.00-da keçiriləcək. Qeyd edək ki, yarış İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq.

 

XƏBƏR LENTİ