Həşimov Olimpiadanı buraxa bilər

Sayta qoyulub: 09:38 10.05.2012 (270 dəfə oxunub)

Qrossmeyster Vüqar Həşimov bu ilin avqust-sentyabr aylarında Türkiyənin İstanbul şəhərində keçiriləcək Şahmat Olimpiadasını buraxa bilər. Azerisport.az xəbər verir ki, FİDE reytinqində 17-ci olan Həşimov Azərbaycan yığmasının da iki nömrəsidi.
 
Lakin komandamızın aparıcı üzvü sözügedən turniri buraxmağa yaxındı. Buna səbəb isə Vüqarın sağlıq durumunda problemlərin olmasıdı. Belə ki, o, müalicə kursuna başlamalıdı. Bu üzdən də Həşimovun İstanbul olimpiadasında iştirakı hələlik sual altındadı.
 
Yığmamızın kapitanı Vladimir Tukmakovla razılığa əsasən Həşimov qarşıdakı Gürcüstanla yoldaşlıq oyununa da dəvət almayıb. İyunun 17-də Tiflisdə keçiriləcək həmin görüşdə aşağıdakı şahmatçılarımız iştirak edə biləcək: Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Qədir Hüseynv=ov, Rauf Məmmədov və Vasif Duraybəyli. Teymur Rəcəbov isə istirahət götürüb.

XƏBƏR LENTİ