IV Tələbə Oyunları üzrə turnirdə Azərbaycan komandası birinci yeri tutub

Sayta qoyulub: 09:54 10.05.2012 (279 dəfə oxunub)

IV Tələbə Oyunları üzrə turnirdə Azərbaycan komandası birinci yeri tutubBeynəlxalq Əlaqələr fakültəsinin IV kurs tələbəsi, Azərbaycan klubunun Olimpiya komitəsinin prezidenti Elvin Əhmədovun Milli.Az-a verdiyi məlumata görə, oyunlarda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alan dünyanın 30-dan artıq ölkəsini təmsil edən 300-dən çox tələbə iştirak edib. Oyunlarda ümumi hesabda birinci yeri 5-i qızıl olmaqla 11 medal qazanmış Azərbaycan komandası tutub.

İkinci yerdə 5-i qızıl olmaqla cəmi 8 medal qazınmış Rusiya, 3-cü yerdə  4-ü qızıl olmaqla cəmi 14  medal qazanmış Ermənistan, 4-cü yerdə 2-si qızıl olmaqla cəmi 4 medal qazanmış Qırğızıstan, 5-ci yerdə 1-i qızıl olmaqla cəmi 8 medal qazanmış Moldova  komandaları
qərarlaşıb.

Ümumilikdə oyunlarda  Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Çin, Cənubi Koreya, Çexiya, Ukrayna, Ermənistan, Əfqanıstan, Qırğızıstan, Moldova, İsrail, Qazaxıstan, Türkmənistan, Monqolustan, Tacikistan, Serbiya, Albaniya, Belarus, Bolqarıstan, Vyetnam, Gürcüstan və Özbəkistan, cəmi 24 dövlətin yığma komandaları iştirak ediblər.

XƏBƏR LENTİ