Avropa çempionatının ilk günü taekvondoçularımız üçün uğursuz oldu (Fotolar)

Sayta qoyulub: 16:27 01.05.2014 (96 dəfə oxunub)

Mayın 1-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində taekvondo üzrə Avropa çempionatı başlayıb. Dörd gün davam edəcək çempionatda 46 ölkədən 400-dən artıq idmançı birincilik uğrunda mübarizə aparır. Turnirin ilk günündə kişilər arasında 54, 87 kiloqramdan yuxarı, qadınların mübarizəsində isə 46 və 62 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
Dayanaq üzərinə çıxacaq idmançılarımızın ilk rəqibləri müəyyənləşib. Mikayıl Əliyev (54 kq) Martin Atanasov (Bolqarıstan) – Daren Çapmen (İngiltərə) qarşılaşmasının qalibi ilə, Ceyhun Həsənli (87 kq-dan yuxarı) xorvatiyalı Vedran Qoreç ilə, Türkan Tahirli (46 kq) Macarıstan təmsilçisi Barbara Duç, Səbinə Mikayılova (62 kq) isə Diana Vaskes (İspaniya) ilə üz-üzə gələcəklər.
Avropa çempionatının birinci günündə mübarizə aparan taekvandoçularımız ilk görüşdə məğlub olaraq turnirdə iştiraklarını yekunlaşdırıblar.
Çempionatda 62 kiloqram çəki dərəcəsində mübarizə aparan qadınların yarışında fransalı Maqda Viet, almaniyalı Rabia Queleç və xorvatiyalı Marina Sumiç yarımfinala vəsiqə qazanıblar.
Yarışlarda 54 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində Yunanıstan təmsilçisi Qeorqis Simitsis və İspaniya idmançısı Cisis Tortosa Kabrera yarımfinala adlayıblar.
Kişilərin yarışında həlledici mərhələdə Qeorqios Smitsis (54 kq, Yunanistan) Stepan Dmitrovla (Moldova), Arman Marşal-Silla (87 kq-dan yuxarı, Belarus) Vedran Qoliç (Xorvatiya) ilə, qadınların yarışında ukraynalı İrina Ramaldanova (46 kq) fransalı Hayer Mustafa ilə, xorvatiyalı Marina Sumiç (62 kq) isə isveçrəli Nina Klaey ilə üz-üzə gələcək.

XƏBƏR LENTİ