Atçılıq İdmanının Konkur Növü Üzrə CSI3* kateqoriyalı Beynəlxalq Turnir keçiriləcək. Tədbirdə məşhur estrada qrupu iştirak edəcək

Sayta qoyulub: 11:56 05.05.2014 (60 dəfə oxunub)

08-10 May 2014-cü il tarixlərdə Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri, Binə qəsəbəsində yerləşən “Elite Horse and Polo Club” atçılıq klubununaçıq manejində atçılığın konkur növü üzrəCSI3* kateqoriyalı beynəlxalq turnir  keçiriləcək.Ümummilli Lider Heydər Əliyevin  əziz xatirəsinəhəsr olunacaqturnirdə Azərbaycan,Gürcüstan,Türkiyə, Rusiya, Polşa, Ukrayna, İran və s. ölkələrin idmançılarınıniştirakı gözlənilir. Yarışlarda ümumilikdə 25-ə yaxın idmançı və 65-ə yaxın atın iştirakıgözlənilir.Turnirə Türkiyə, Bolqarıstan, Rusiya, İran və Belçikadan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək. Turnirin ümumi mükafat fondu 168000 ABŞ dolları təşkil edir. Tamaşaçılar üçün giriş pulsuzdur. 8, 10 May yarış saat 12:00 da, final isə 9 may saat 19:00 da başlayır. Final günü dünyaca məşhur Boney M qrupunun konsert proqramıolunacaq. Konsert proqramı pulsuzdur və saat 20:00-da başlayacaq.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ