Polina Rəhimova Koreya klubunda

Sayta qoyulub: 11:19 06.05.2014 (173 dəfə oxunub)

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova yeni mövsümlə bağlı qərarını dəyişib. 24 yaşlı diaqonal oyunçu karyerasını ölkə xaricində davam etdirəcək. “Azəryol”un heyətində saxlamaq istədiyi Rəhimova bu komanda ilə son anda müqaviləyə imza atmayıb. Bu da səbəbsiz deyil. Çünki “Azəryol” artıq onun mövqeyində oynayan Yovana Brakoçeviç və Anastasiya Qurbanovanı heyətinə qatıb.
Artıq Polinanın gedəcəyi ölkə də bəllidir. O, yeni mövsümdə Cənubi Koreya çempionatında forma geyinəcək. Voleybolçu bu ölkənin “Hyundai” və ya “Heungkuk” klublarından birinin şərəfini qoruyacaq.
Qeyd edək ki, 2012/2013 mövsümündə Azərbaycan yığmasının digər milliləşdirilmiş legioneri Yana Ağayeva “Hyundai”da oynayıb və bürünc medal qazanıb.

XƏBƏR LENTİ