Səbinə Babayeva güləş üzrə Dünya Kubokunun açılış mərasimində iştirak edəcək

Sayta qoyulub: 20:35 10.05.2012 (308 dəfə oxunub)

Azərbaycanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayeva mayın 12-də Bakıda keçiriləcək kişilər arasında sərbəst güləş üzrə Dünya Kuboku 2012-nin açılış mərasimində iştirak edəcək.
Trend eurovision.az saytına istinadən xəbər verir ki, təmsilçimiz açılış mərasimi vaxtı "Eurovision 2012"-dəki "When the Music Dies" mahnısını ifa edəcək.
Yarışlarda birincilik uğrunda mübarizə aparacaq Azərbaycan komandasına dəstək olan Səbinə Babayeva "mənə qalib əhval-ruhiyyəsini saxlamaq üçün pəhləvanlarımızın məsləhəti lazımdır" deyib.

XƏBƏR LENTİ