Azərbaycanın parataekvondo üzrə milli komandası Rusiyaya təlim-məşq toplanışına yollanır

Sayta qoyulub: 20:45 10.05.2012 (274 dəfə oxunub)

 

Azərbaycanın Parataekvondo üzrə milli komandası Rusiyaya təlim-məşq toplanışına yollanır. Taekvondo Federasiyası mətbuat xidmətindən Trend-ə bildiriblər ki, seçmə komandanın baş məşqçisi, əməkdar məşqçi Əvəz Tağıyevin rəhbərliyi ilə 12-22 may tarixlərinə nəzərdə tutulan hazırlıq prossesində 23 nəfər iştirak edəcək. Xasavyurd şəhərində Rusiya komandası tərəfindən təşkil olunan birgə məşqlərə daha bir neçə ölkə dəvət olunub. Hazırlıq prosesinin ardından birgə məşq keçən komandaların iştirakı ilə yoxlama yarışı da plnlaşdırılıb. Qeyd edək ki, parataekvondo üzrə seçmə komandamızın bu il ən məsul yarışı, noyabrda Arubada dünya çempionatı olacaq.

XƏBƏR LENTİ