“Tour d’Azerbaidjan-2014”: 3-cü mərhələ

Sayta qoyulub: 12:17 09.05.2014 (96 dəfə oxunub)

Bu gün “Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turunun 3-cü mərhələsi keçiriləcək. 5 mərhələdən ibarət olan yürüşün bu hissəsi Bakıdan kənarda baş tutacaq.
25 komanda mübarizənin 3-cü günündə saat 10:30-da Qəbələdə start götürərək Oğuzdan keçməklə Şəkiyə, oradan da başlanğıc nöqtəyə qayıdacaqlar. Velosipedçilər bu dəfə 180 km məsafəni qət edəcəklər və qalibin təxminən saat 15:00-da finiş xəttinə çatacağı gözlənilir.

 Qeyd edək ki, 4-cü mərhələ Qəbələdən start götürərək, İsmayıllını keçməklə Şamaxıya yürüş olacaq. Velosipedçilər 115 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 m hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.

XƏBƏR LENTİ