Jan Erik Vern startda 10 yer itirə bilər

Sayta qoyulub: 22:11 09.05.2014 (279 dəfə oxunub)

"Тоro Rosso" komandasının üzvü Jan Erik Vern İspaniya qran prisinin startında bir neçə yer itirəcək. Sky Sports-un məlumatına görə 23 yaşlı pilotun bolidindən sağ arxa təkər çıxıb. Buna da səbəb təkərin möhkəm bərkidilməməsi olub.

Formula-1-in qaydalarına görə belə hadisə cəza və cərimə ilə nəticələnir. Adətən pilot belə olan halda 10 yerlik cəza alır.Bundan əlavə komanda 30 000 avro cərimə ediləcək. Vernin neçə yer cəzalanacağı İspaniya qran prisinin təsnifat mərhələsindən sonra stüardlar tərəfindən müəyyənləşdiriləcək.

 

Jan Erik Vern startda 10 yer itirə bilər

XƏBƏR LENTİ