“Tour d'Azerbaidjan-2014” başa çatdı

Sayta qoyulub: 12:32 11.05.2014 (79 dəfə oxunub)

Bu gün 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turuna yekun vurulub. Yürüşün son – V mərhələsi Bakıda keçirilib.
Velosipedçilər 202 km uzunluğu olan mərhələyə saat 9:00-da Azadlıq meydanından start veriblər. Onlar Bakının mərkəzi küçələri və prospektlərindən keçərək, Abşerona, oradan Nardarana yürüş ediblər. Ardınca yenidən başlanğıc nöqtəyə - Hökumət Evinin qarşısına qayıdan idmançılar burada finiş xəttini keçiblər.

 Mərhələnin qalibi adına Fransanın “La Pomme Marsille 13” komandasının üzvü Yustin Yules layiq görülüb. Finiş xəttini onun ardınca veloyürüşün liderlərindən olan Yusif Reqiqi (MTN-Kubeka, CAR) keçib. İlk “üçlüyü” isə Adrian Holbiş (“CCC Polsat Polkoviçe”, Polşa) qapayıb.

Qeyd edək ki, yarışa qatılan 22 ölkədən 25 komandanın tərkibində ümumilikdə 150 velosipedçi 5 gün ərzində 838 km məsafəni qət edib.

XƏBƏR LENTİ