Romada ATP seriyalı tennis turnirinə start verilib

Sayta qoyulub: 12:11 13.05.2014 (123 dəfə oxunub)

Romada ATP seriyalı tennis turnirinə start verilib. Ümumi mükafat fondu 3 milyon avro olan yarışların ilk oyun günündə gözlənilməz nəticələr qeydə alınıb.


Turnirin favoritlərindən sayılan Jo-Vilfred Tsonqa Aleksandr Dolqopolovla qarşılaşıb. Gözlənildiyi kimi, fransalı raketka ustası rəqibi üzrəində asan qələbə qazanıb. İlk hissə Tsonqanın asan qələbəsiylə başa çatıb – 6:3. Ukraynalı tennisçi ikinci setdə rəqibinə daha ciddi müqavimət göstərib. Bununla belə, Dolqopolov yenə məğlubiyyətdən qaça bilməyib. Bu hissədə 7:6 hesabıyla qələbə qazanan Tsonqa növbəti mərhələyə yüksəlib. 


İtaliyanın ən güclü tennisçilərindən olan Fabio Fonyini isə ilk dövrədəcə mübarizəni dayandırmaq məcburiyyətində qalıb. 1 saat 7 dəqiqə davam edən görüşdə Fonyini Lukaş Rosolla qarşılaşıb. İlk hissə çexiyalı tennisçinin 6:3 hesablı qələbəsiylə başa çatıb. İkinci hissədə də üstünlüyü əldən verməyən və 6:3 hesablı qələbə qazanan Rosol ikinci dövrəyə keçib. Burada onun rəqibi argentinalı Federiko Delbonisi mübarizədən kənarlaşdıran xorvatiyalı İvan Dodiqlə üz-üzə gələcək.

XƏBƏR LENTİ