Voleybol üzrə milli komandamızın heyəti açıqlanıb

Sayta qoyulub: 13:49 14.05.2014 (126 dəfə oxunub)

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin “12-liyi” müəyyənləşib. Yığmamızın ilkin açıqlanan siyahısından 7 nəfər kənarda qalacaq.

Belə ki, baş məşqçi Faiq Qarayev Avropa çempionatının ikinci təsnifat mərhələsində Natavan Qasımova, Yekaterina Jidkova, Yana Ağayeva, Polina Rəhimova, Anastasiya Qurbanova, Ceyran Əliyeva, Ayşən Abduləzimova, Oksana Kiselyova, Oksana Parxomenko, Yelena Parxomenko, Natalya Məmmədova və Kseniya Kovalenkoya şans verəcək.

Qeyd edək ki, Avro-2015-in II təsnifat mərhələsi mayın 22-də Bolqarıstanda start götürəcək. Qrupumuzda ev sahibləri ilə yanaşı, Portuqaliya və Yunanıstan yığmaları yer alıblar. Seçmə mərhələnin II dövrəsinə isə Bakı ev sahibliyi edəcək. 

XƏBƏR LENTİ