5 nəfər hakimimiz beynəlxalq dərəcə alıb

Sayta qoyulub: 20:27 14.05.2014 (223 dəfə oxunub)

Bir müddət əvvəl Bakıda FİLA-nın növbəti hakimlik kursu təşkil olunmuşdu. Kurs FİLA instruktorları Sergey Novokovski (Rusiya) və Edişer Maşaidze (Gürcüstan) tərəfindən həyata keçirilmişdi.

Kursda 13 ölkədən 60-a yaxın milli hakim beynəlxalq dərəcə almaq üçün iştirak edib, imtahan verimişdi. Həm yazılı, həm də AGF Kuboku uğrunda beynəlxalq turnirdə praktiki sınaqdan ibarət olan kursun nəticələri açıqlanıb. Azərbaycan təmsilçiləri imtahandan uğurla keçiblər.

İmtahanın nəticələrinə əsasən, 5 nəfər milli dərəcəli hakimimiz - Murad Əliyev, Tural Əliyev, Ceyhun Salmanov, Zaur Şərifov və Babək Allahverdiyev hər iki imtahanı uğurla keçib və III dərəcəli beynəlxalq hakim adına layiq görülüblər. 

Bundan başqa, yarışların katibliyində fəaliyyət göstərən 2 nəfər təmsilçimiz - Namiq Dünyamalıyev və Tələt Əliyev imtahandan uğurla keçərək beynəlxalq dərəcəli katib statusu əldə edib. 

 
 
5 nəfər hakimimiz beynəlxalq dərəcə alıb

XƏBƏR LENTİ