Voleybol üzrə milli komandamızın heyəti məlum oldu

Sayta qoyulub: 07:10 15.05.2014 (145 dəfə oxunub)

 

Voleybol üzrə qadınlardan ibarət milli yığma komandamız bu gün 15 may tarixində Sloveniyaya yola düşdü . 2016 Avropa Çempionatının II seçmə mərhələsinə yüksək səviyyədə hazırlaşan Faiq Qarayevin yetirmələri məhz hazırlıqlarını Sloveniyada davam etdirəcəklər. Sloveniya milli komandası ilə bir neçə yoldaşlıq görüşü keçirdikdən sonra yığmamız Bolqarıstana yola düşəcəkdir. Bir daha nəzərinizə çatdıraq ki, komandamız 22-23-24 may tarixlərində  Yunanıstan, Portuqaliya və ev sahibi olan Bolqarıstan milliləri ilə qarşılaşacaqdır. 

Cavab oyunları isə 29-30-31 mat tarixlərində paytaxtımız Bakı şəhərində keçiriləcəkdir. 

.  Avropa Çempionatının ikinci təsnifat mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin heyəti bəlli olub .

Hücumçular - Anastasiya Qurbanova, Natalya Məmmədova, Yana Ağayeva, Yekaterina Jidkova, Polina Rəhimova. 

Blokçular - Kseniya Kovalenko, Ayşən Abduləzimova, Yelena Parxomenko. 

Toppaylayıcılar - Oksana Parxomenko, Natavan Qasımova. 

Liberolar - Oksana Kiselyova, Ceyran Əliyeva. 

 


XƏBƏR LENTİ