Boksçularımızın rəqibləri bilindi

Sayta qoyulub: 11:03 11.05.2012 (135 dəfə oxunub)

 

Çinin Quançjao şəhərində boks üzrə qadınlar arasında dünya çempionatının püşkü atılıb. Milli komandamızın hər iki üzvü – Ayzanat Hacıyeva (60 kq) və Yelena Vıstropova (75 kq)  1/32 final mərhələsindən mübarizəyə başlayacaqlar. Hacıyeva  ilk döyüşdə  Hindistan nümayəndəsi Sarita Devi Laişramla üz-üzə gələcək. 30 yaşlı Hindistan boksçusu dəfələrlə Asiya çempionatının qalibi olub. O, 2001-ci ildən beynəlxalq yarışlara qatılır.  Haciyeva ilk döyüşünü qələbə ilə başa vursa, növbəti mərhələdə tanınmış Türkiyə boksçusu Gülsüm Tatarla qarşılaşacaq.Qeyd edək ki, Tatar dünya və Avropa çempionudur. Vıstropova isə ilk döyüşünü belaruslu Viktoriya Kebikovaya qarşı keçirəcək.Əgər boksçumuz qalib gəlsə, 1/16 finalda onun rəqibi Braziliya idmançısı Roselli Feitosa olacaq. O, bu il Kandada keçirilən Panamerika çempionatında 3-cü olub. Azərbaycan boksçularıilk döyüşlərini sabah keçirəcəklər. Olimpiya oyunlarına lisenziya xarakterli dünya çempionatı mayın 19-a kimi davam edəcək.

XƏBƏR LENTİ