Güləşçilərimiz İranda 3-cü oldu

Sayta qoyulub: 17:57 16.05.2014 (230 dəfə oxunub)

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku keçirilib. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Rusiya, Koreya, Qazaxstan, Macarıstan, Türkiyə, İran, Finlandiya, Ermənistan və ABŞ güləşçiləri iştirak edirdi.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə B qrupunda mübarizə aparıb. A qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə, ABŞ və Qazaxstan komandaları qüvvələrini sınayıb.

Yarışın proqramına əsasən, mayın 15-də qrup görüşləri keçirilir. Güləşçilərimiz ilk olaraq yerli İran güləşçiləri ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma İran komandasının xeyrinə başa çatıb. Qrupun ikinci görüşündə güləşçilərimiz Ermənistan komandası ilə yarışıb. Bütün təmsilçilərimiz rəqiblərini tam üstünlüklə məğlub edib və görüş komandamızın 8:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupda 3-cü görüşü Koreya güləşçilərinə qarşı keçirən komandamız 5:3 hesabı ilə qalib gəlib. Güləşçilərimizin qrupda sonuncu görüşü Finlandiya yığmasına qarşı olub. Bu görüşü də qələbə ilə başa vuran yığmamız qrupda 2-ci yerdə qərarlaşıb.

Qaydalara əsasən, qruplarda 2-ci nəticə göstərən komandalar Dünya Kubokunun bürünc medalı uğrunda qarşılaşıb. Həlledici qarşılaşmada Macarıstan güləşçilərini üstələyən yığmamız yarışları üçüncü sırada tamamlayıb və Dünya Kubokunun bürünc medalına sahib olub.

FİNAL - Rusiya - İran
3-cü yer uğrunda - Azərbaycan - Macarıstan 5:2
5-ci yer uğrunda - Türkiyə - Koreya 4:4 (18-14)
7-ci yer uğrunda - Qazaxstan - Finlandiya 4:4 (17-15)
9-cu yer uğrunda - ABŞ - Ermənistan 4:4 (21-15)

59 kq – Taleh Məmmədov - Csongor Knipli 11:0
66 kq – Həsən Əliyev - Krisztian  Jager 3:0
71 kq – Rəsul Çunayev - Balint Korpasi 4:2
75 kq – Elvin Mürsəliyev - Laszlo Szabo 3:0
80 kq – Emin Əhmədov - Gabor Madaraş 2:0 (tuşe)
85 kq – Şəhriyar Məmmədov - Viktor Lorincz 0:1
98 kq – Araz Həsənov - Balazs Kiss 0:4
130 kq – Sabah Şəriəti - Balint Lam

XƏBƏR LENTİ