Kevin Lav Minnesotadan getmək istəyir

Sayta qoyulub: 15:33 18.05.2014 (155 dəfə oxunub)

Kevin Lavın nümayəndələri Minnesota rəhbərliyinə basketbolçunun komandadan ayrılmaq istədiyini çatdırıblar.  The New York Daily News-in məlumatına görə onlar bu il basketbolçunu dəyişdirsələr daha münasib olar. Belə ki, gələn yay müqavilə başa çatdıqdan sonra Kevin sözləşməni artırmayacaq və digər komandaya keçəcək.

Mənbənin məlumatına görə Kevin karyreasını Leykersdə və ya Niksdə davam etdirmək istəyir. Hazırda onunla Leykers , Boston , Qolden Steyt və Finiks komandaları maraqlanırlar.

 

Kevin Lav Minnesotadan getmək istəyir

XƏBƏR LENTİ